Bu da faciəvi nəticə: ABŞ bizdən imtina etdi

Bu da faciəvi nəticə: ABŞ bizdən imtina etdi

ABŞ-Gürcüstan strateji tərəfdaşlığının dayandırılması Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının siyasətinin faciəvi nəticəsidir.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“ABŞ-Gürcüstan strateji tərəfdaşlığının dayandırılması Gürcü Arzusunun antidemokratik, antiqərb, antiavropa və antigürcü siyasətinin faciəvi nəticəsidir. Yalnız bir istiqamətə – Rusiyaya doğru”, – o, X-də bildirib.

Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin 2028-ci ilə qədər AB ilə üzvlük danışıqlarını dayandırdığını elan edib. Bundan sonra ölkədə genişmiqyaslı aksiyalar başlayıb.

ABŞ Gürcüstanın bu siyasətinə görə Tiflislə strateji tərəfdaşlığı dayandırdığını elan edib.

Teqlər: