Bu da Əlisa Nicatın evi – Video

Bu da Əlisa Nicatın evi – Video

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu və onun xanımı, “Əli və Nino” şəbəkəsinin sahibi Nigar Köçərli böyük ziyalı, 87 yaşlı Əlisa Nicatın yaşadığı ünvana baş çəkib.

AzerTimes xəbər verir ki, 100-dən çox kitab müəllifi olan 87 yaşlı yazıçı-filosof Əlisa Nicatın acınacaqlı vəziyyətdə yaşamasına diqqət çəkən qonaqlar ona yardım etmək istəyənlər üçün bank hesabını (6768 6771 7676 6289, Kapital bank, Əlisa Hüseynov) da açıqlayıblar.

Ş.Xuduoğlu qeyd edib ki, evə kombi çəkdirmək üçün ustalar və avadanlıqla birgə gediblər.

“Evin ümumi vəziyyəti acınacaqlıdır, amma qışı yola vermək üçün istilik sistemi vacibdir”, – Ş.Xuduoğlu bildirib.

Qeyd edək ki, ötən gün “Qanun” nəşriyyatına gələn Əlisa Nicatın fotolarını Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında paylaşmışdı. Ə.Nicat evinin soyuq olduğunu, qaz pulunu verə bilmədiyi üçün gün ərzində evi qızdırmaq üçün qaz sobasını 2-3 saat yandırdığını bildirmişdi. Həmçinin onun geyimi də kasıb yaşadığını sübut edirdi.

Teqlər: