Xəbər - Samir Əli – Trend:
Çirklənmə ilə əlaqədar Bakı və Bakıətrafı ərazilərdə dörd çimərliyin fəaliyyətinə icazə verilmir.
AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib
O bildirib ki, may ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb: “Yaxın iki həftə ərzində ilkin nəticələrin açıqlanması planlaşdılır. Hazırda çirklənməyə məruz qaldığından Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsinə müvəqqəti qadağa qoyulub. Monitorinqlər kompleks keçirilir. Biz hazırda dəniz suyunda fiziki-kimyəvi göstəricilər, taksikoloji göstəricilər və qum örtüyündə yoluxucu xəstəliklərin olub-olmadığını analiz edirik”.