Çimərlik ərazisində balıqlar kütləvi şəkildə tələf olur.
AzerTimes xəbər verir ki, Hövsan çimərliyində cansız kiçik balıqlar kütləvi şəkildə sahilə yığılıb.
Zoologiya institutunun Hidrobiologiya üzrə müdiri Süleyman Süleymanov bildirib ki, balıqların kütləvi tələf olmasına səbəb təzyiqlə yanaşı, həm də suyun çirkli olmasıdır.
Zooloqun sözlərinə görə, dəniz suyunda zəhərli maddənin olması və ya bu maddənin sırf bir ərazidə qalması real deyil.
O ki qaldı çimərlik suyunun zəhərli olması ehtimalına, ekologiya və təbii sərvətlər nazirliyindən bildirildi ki, dəniz suyundan nümunələr götürülüb. Nəticəsi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Ətraflı “Xəzər Xəbər”in süjetində: