Bu cərimələr əsassızdır – Ekspert

Xəbər - Samir Əli – Trend:

Bakı Nəqliyyat Agentliyinin parklanma ilə bağlı yazdığı
cərimələrin qanuni əsası yoxdur.

Bunu AzerTimes-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin
Muradlı deyib.

O bildirib ki, Bakı Nəqliyyaty Agentliyi tərəfindən xüsusi
texniki vasitələrlə, yəni kamera vasitəsilə qeydə alınan xətalar
heç bir qanuna əsaslanmır.


“Çünki, qanunvericilikdə aydın şəkildə göstərilib ki, hansı
xətalar kamera, hansı xətalar radarla qeydə alına bilər. Bu
prosesdə texniki baxışdan keçmədikdə, təhlükəsizlik kəmərindən
istifadə olunmadıqda, yolayrıcını keçmə qaydasını pozduqda və digər
hallarda cərimə yazıla bilər. İnzibati Xətalar Məcəlləsinin 124 və
126-cı maddələrində xüsyusi texniki vasitələrlə qeydə alına bilən
xətaların siyahısı var. Bu siyahıda dayanma durma ilə bağlı hər
hansı bir müddəa yoxdur. Ona görə də Bakı Nəqliyyat Agentliyi həmin
cərimələri kameralar vasitəsilə qanunsuz tətbiq edib. Qanunsuzluğa
qarşı qanunsuz yolla mübarizə aparmaq heç bir nəticə vermir”,-deyə
E. Muradlı deyib.

Ekspert bildirib ki, bu cür cərimələrlə üzləşən sürücülər
məhkəməyə müraciət edərək həmin cərimələri ləğv etdirə bilər.

Teqlər: