Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətə nəzər saldıqda artilleriyanın nə qədər böyük rol oynadığını görürük. Ümid edirik ki, artilleriya mərmilərinin tez bir zamanda (Ukraynaya) çatdırılması cəbhədəki mənfi tendensiyanı dəyişəcək.
AzerTimes xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Polşa burada logistika təşkilatçısı kimi mühüm rol oynayır. Bu görüş zamanı mən Polşanın Ukraynaya sursatın mümkün qədər tez çatdırılmasını təmin etmək üçün bütün lazımi vasitələri səfərbər etməyə tam hazır olduğunu təsdiq etmək istəyirəm”, – A.Duda qeyd edib.