Böyük Britaniya ilə diplomatik münasibətlərin tamamilə kəsilməsi ifrat tədbirdir, müsbət və mənfi cəhətləri dəyərləndirmək lazımdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Böyük Britaniya səfirliyinin əməkdaşlarının kəşfiyyat fəaliyyəti ilə bağlı FTX-nin məlumatlarını şərh edərkən deyib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının hərəkətlərində kəşfiyyat və təxribat işlərinin izləri aşkar edildiyi üçün akkreditasiyalarının dayandırıldığını bildirib.