Bu, böyük ədalətsizlik və vicdansızlıqdır – İlham Əliyev

Bu, böyük ədalətsizlik və vicdansızlıqdır – İlham Əliyev

Qərbi azərbaycanlıların faciələri bununla bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qaldı. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti oldu.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.

Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyasını böyük ədalətsizlik və vicdansızlıq adlandıran dövlətimizin başçısı deyib:

“Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdı. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdi. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdu. O vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da həlak olmuşdu. Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş qələbədə müstəsna rol oynamışdı”.

Prezident vurğulayıb ki, Azərbaycan nefti olmasaydı sovet dövləti heç vaxt qələbə qazana bilməzdi:

“Bunu hər kəs bilir. Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin, sürtkü yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz edilirdi. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti deportasiyaya məruz qalmışdır”.

Teqlər: