Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda yaşıl enerji zonaları elan edilib. Bu bölgələr ərazimizin təxminən 25 faizini təşkil edir.
AzerTimes xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib.
Dövlət başçısı vurğulayıb ki, bu bölgələrdə yaşıl enerji mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək.