Cəbhənin Krivoy Roq istiqamətində vəziyyət gərgin olaraq davam etsə də, Ukrayna Silahlı Qüvvələrinin və hərbi idarənin tam nəzarəti altındadır.
AzerTimes xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.
“Ukrayna Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, düşmən canlı qüvvə və texnikada xeyli itki verir. Eyni zamanda, düşmən bütün təmas xətti boyunca atəşi davam etdirir. Bu gün Krivoy Roq bölgəsindəki Velyka Kostromka, eləcə də Xerson vilayətinin azad edilmiş hissəsində yerləşən Knyazevka və Novobratskoye işğalçıların hücumu altında idi”, – məlumatda vurğulanıb.