Bu bölgədə neft hasilatı 40 min barreli ötdü – Bayraqdar

Bu bölgədə neft hasilatı 40 min barreli ötdü – Bayraqdar

Türkiyənin Şırnak vilayəninin Qabar dağı bölgəsindəki neft quyularında gündəlik hasilat 40 min barreli ötüb. Hədəf ilin sonuna qədər bu rəqəmi 100 min barrelə çatdırmaqdır.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin enerji və təbii qaynaqlar naziri Alparslan Bayraqdar bildirib.

Şırnakın indi Türkiyənin neft şəhəri və neft paytaxtı olduğunu qeyd edən nazir hazırda 33 quyuda bu hasilata nail olduqlarını, hasilatın bir quyudan orta hesabla 1 200 barreli keçdiyini deyib.

Nazir bildirib ki, bu hesabla 95 quyu hədəfinə çatdıqda ilin sonuna kimi hasilat rəqəmi əsas hədəf olan 100 min barrelə yüksələcək. Bu, ilk növbədə Türkiyənin xüsusilə enerji baxımından xaricə asılılığını azaltmaq üçün vacibdir.

Bayraqdar yeni kəşfiyyat quyularının olduğunu da açıqlayıb.

Teqlər: