Bu “Boinq”lərin Avropada istismarı dayandırıldı

Bu “Boinq”lərin Avropada istismarı dayandırıldı

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi “Boinq” sərnişin təyyarəsi ilə bağlı son insidentdən sonra “Boinq” 737 MAX 9 təyyarəsinin istismarının dayandırılması barədə göstəriş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, qərar ABŞ Federal Aviasiya Administrasiyasının əmri əsasında qəbul edilib. Qərara səbəb isə Amerikanın “Alaska Airlines” aviaşirkəti ilə əlaqədar insident olub.

Bildirilir ki, hazırda AB-yə üzv ölkələrin heç bir aviaşirkəti bu konfiqurasiyada olan təyyarələri istismar etmir. Türk Hava Yolları da özünün 5 ədəd “Boinq” 737 MAX 9 təyyarəsinin texniki baxışdan keçirilməsi məqsədi ilə istismarını dayandırıb.

Qeyd edək ki, “Alaska Airlines” şirkətinə məxsus “Boinq” 737-9 təyyarəsi ABŞ-ın Oreqon ştatının Portlend şəhərində məcburi eniş edib: uçuş zamanı təyyarənin gövdəsinin bir hissəsi laynerdən qopub və sərnişin salonunda təzyiq azalıb.

Teqlər: