Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi onun (BMT TŞ) tam iflasa uğramasının yekun sübutu olub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Sibiqa deyib.
“Rusiyanın BMT TŞ-yə sədrliyi dünyada sülhün və təhlükəsizliyin dəstəklənməsinə cavabdeh olan yeganə beynəlxalq orqanın bütün müasir arxitekturasına dair hökmdür. Həmçinin, onun tam iflasa uğramasının sübutudur”, – o bildirib.
Sibiqanın sözlərinə görə, dünya Təhlükəsizlik Şurasının köhnəlmiş prosedur qaydalarının girovu ola bilməz.