“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilk növbədə Gürcüstanı ukraynalaşmadan qorumaq, yəni Gürcüstanın suverenliyinin möhkəmləndirilməsi və ölkənin sabit inkişafının təmin edilməsi məqsədi daşıyır.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib ki, bu qanun Gürcüstanı Avropadan uzaqlaşdırmayacaq, əksinə, onu ən mühüm xarici siyasi məqsədinə – Avropa Birliyinə inteqrasiyasına əhəmiyyətli dərəcədə yaxınlaşdıracaq.
Qeyd edək ki, ötən gün Gürcüstan parlamenti kütləvi etirazlara səbəb olan “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.