Bu bəyanat İrəvanı Rusiyadan ayırır – Aşotyan

Bu bəyanat İrəvanı Rusiyadan ayırır – Aşotyan

Dördtərəfli bəyannamədə ərazi bütövlüyünün qarşılıqlı tanınmasında Almatı Bəyannaməsinə istinad əsas deyil. BMT Nizamnaməsinə görə, bu, artıq BMT-yə daxil olarkən edilib.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşlə bağlı deyib.

Aşotyan bildirib ki, AB sərhəd missiyasının Ermənistana gəlməsi İrəvanın müvafiq nəticələrlə dolu geosiyasi “dönüşünün” (Rusiyadan uzaqlaşma – red.) ilk institusional addımıdır.

Erməni siyasətçi bəyanatda “artsax” məsələsinə toxunulmadığını da xüsusi vurğulayıb.

Teqlər: