Polşa, Litva, Estoniya, Latviya və İrlandiya hesab edir ki, Avropa Birliyi (AB) Rusiyaya tətbiq etdiyi sanksiyaları Belarusa qarşı da etməlidir.
AzerTimes xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.
Məlumata görə, beş ölkə Rusiya və Belarusa qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı təkliflərini Avropa Komissiyasına göndəriblər.
Qeyd edək ki, söhbət bir müddətdir Brüsseldə müzakirə olunan Rusiya və Belarusa qarşı sanksiyaların sinxronlaşdırılmasından gedir.