Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının 1-ci müavini Əliyev Heydər Həsən oğlu işdən azad olunub.
AzerTimes xəbər verir ki, bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.
İcra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.