Nigerin Rusiya ilə yaxınlaşması Qərb dövlətlərini çox narahat edir.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” yazıb.
“Niger Rusiya orbitinə düşərsə, dünya nüvə enerjisi baxımından Rusiyadan daha da asılı olacaq. Nigerdə uran yataqları var və Rusiya dünyada uranın zənginləşdirmə imkanlarının demək olar ki, yarısına nəzarət edir”, – agentlik bildirib.