Bu barədə sabah qərar verəcəyik – Qurbanov

Bu barədə sabah qərar verəcəyik – Qurbanov

Çox yaxşı stadionda uğurlu nəticə əldə etməyə çalışacağıq. Bütün futbolçular hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək. “Olimpiakos” barədə çox danışmağa ehtiyac yoxdur. Rəqibin baş məşqçisi yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb edir. Son çempionat matçında da dinamika yüksək idi.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la səfər matçından öncə mətbuat konfransında bildirib.

“Çılğın azarkeşləri olan komandalara qarşı aqressiv futbol sərgiləmək bizim üçün maraqlı olub. İnşallah, bu tərəfdən bir problemimiz olmayacaq. “Olimpiakos”u yeni baş məşqçinin rəhbərliyi altında cəmi bir oyunda izləmişik. Bu da çempionat matçı idi. Miçel haqda geniş məlumatım var, maraqlanmışam. Baş məşqçiyə qarşı tam hazırlaşa bilməyəcəyik. Çox istərdik ki, rəqibin bütün futbolçuları meydanda iştirak eləsin, canlı görək. Futbolçularımın təcrübəsi var, bu oyuna hazır olacaqlar. “Olimpiakos” elə komandadır ki, oyunçular arasında fərq o qədər də böyük deyil. Bir-birlərini layiqincə əvəzləyə bilirlər. “Olimpiakos” kollektiv oyuna üstünlük verir. Heç vaxt kimisə digərlərindən üstün tutmamışam. Amma hər bir futbolçunun potensialını bilirik. Bununla bağlı bizdə lazımi məlumatlar var. Bəlkə də, “Olimpiakos”un baş məşqçisi 4-5 tur əvvəl gəlsəydi, bizə daha rahat olardı. Amma istənilən halda futbolçularım matça hazırdırlar”, – Q.Qurbanov bildirib.

Qeyd edək ki, bu gün “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Teqlər: