Rusiya ordusu Xarkovdan çəkildikdən sonra orada baş verənlərə barədə danışmaq mənim üçün ağırdır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
“İndi bu barədə danışmaq mənim üçün ağrılıdır. Bölmələrimiz Xarkovdan çıxanda orada nə baş verdiyini, bu əclafların (Ukrayna tərəfi – red.) orada nələr törətdiyini bilirik”, – deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, Ukraynanın şimal-şərqində yerləşən Xarkov vilayəti də Rusiya ordusunun ilk hücum hədəflərindən birinə çevrilmişdi. Lakin rus ordusu bölgədə möhkəmlənə bilmədi və bir neçə ay sonra geri çəkilmək məcburiyyətində qaldı.