Bu, Azərbaycanla əlaqələrimizin yeni mərhələsidir

Bu, Azərbaycanla əlaqələrimizin yeni mərhələsidir

KAAN döyüş təyyarələri il bağlı Türkiyə və Azərbaycan arasında əldə olunan razılıq iki dövlətin müdafiə sənayesi sahəsindəki əlaqələrinin yeni mərhələsidir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2023” sərgisində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsindəki uğurlarını davam etdirəcək.

Qeyd edək ki, iyulun 27-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin TUSAŞ şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanıb. Bu sənəd Türkiyənin milli döyüş təyyarəsi olan KAAN-ın birgə təkmilləşdirilməsini nəzərdə tutur.

Teqlər: