Biz Azərbaycanla enerji sahəsində uzun müddət işləmişik.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hər iki ölkə qazıntı yanacağı və emissiya istehsal edir.
“Ona görə karbon emissiyalarını azaltmaq və təmiz enerjiyə keçiddə də eyni növ texnologiyalar üzərində işləyirik. Əsas məsələ odur ki, siz yalnız təmiz enerji istifadəçisi deyil, ixrac edən ölkə də ola bilərsiniz. Bu Azərbaycana geniş imkanlar, iş potensialı verir”, – deyə Cennifer Qranholm deyib.