Bu addım tərəflər arasında inam yaratmağa imkan verir. Sülhə nail olmaq üçün biz körpülər tikməliyik, divarlar çəkməməliyik və ya bir-birimizə daha böyük inamsızlıq yaratmamalıyıq.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan Azərbaycanın erməni əsirləri təhvil verməsi haqda Ermənistan İTV-yə açıqlamasında qeyd edib.
O, Azərbaycanın bu addımını müsbət qiymətləndirdiyini bildirib:
“Yekun sülhün bağlanması üçün etimad mühiti lazımdır. 32 hərbi əsirin qaytarılması Ermənistan üçün vacib və fundamental addımdır”.
Qeyd edək ki, bu gün sərhəddə Azərbaycan 32 erməni əsiri, Ermənistan isə 2 azərbaycanlı hərbi əsiri azad edib.