Fasilədə və oyundan sonra azarkeşlərin fitə basması İsveç, Avstriya, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir.
AzerTimes xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisinə 0:2 hesabı ilə məğlub olduqları Avro-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İsveçrəli mütəxəssis azarkeşlərin onları fitə basmasından narazılığını bildirib:
“Düşünürəm ki, gözləntilər və reallıq tarazlıqda deyil. Komandamız sona qədər “döyüşdü”. Amma haradan gəldiyimizi düşünməliyik. Biz bunu qəbul edib, təvazökar olmalıyıq. Azarkeşlər fitə bassalar belə, işimizə davam edəcəyik”.