Xəbər - Çingiz Səfərli – Trend:
2021-ci ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 30 milyon ABŞ dolları olub.
Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, 2017-ci ildən 2021-ci ilin avqust ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 625 milyon ABŞ dolları təşkil edib.
Twitter:@cingizsafarli