Bu Avropa ölkəsi Ukrayna siyasətini dəyişə bilər

Bu Avropa ölkəsi Ukrayna siyasətini dəyişə bilər

Slovakiyada qarşıdan gələn parlament seçkilərində müxalifət partiyaları hakimiyyətə gələrsə, Ukraynaya dəstəyi zəiflədə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Slovakiya Pezidenti Zuzana Çaputova deyib.

“Əgər bu payızda hökumətə populist partiyalar rəhbərlik edərsə, Bratislavanın xarici siyasəti Macarıstanın Baş naziri Viktor Orbanın yürütdüyü siyasətə bənzəyəcək. Slovakiya Macarıstanı izləyə və Avropa Birliyinin çətin “övladı” ola bilər”, – o bildirib.

Çaputova Slovakiyanın Ukraynanın güclü müttəfiqi olduğunu vurğulayıb. Lakin onun fikrincə, yeni hökumət bu məsələdə fikrini dəyişə bilər, çünki Rusiyanın təsiri bütün Avropaya yayılır.

Teqlər: