Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq görüşünü başa vurduq. Münasibətlərimiz yeni impuls qazanacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün burada daha bir mühüm toplantı keçiririk, Astana üçlüyü olaraq bir araya gəlirik. Putin və Rəisi ilə görüşəcəyik və hadisələrin gedişatını qiymətləndirəcəyik. Bu, Astana prosesinin canlandırılması prosesi olacaq”, – Ərdoğan bildirib.