Bu andan AB Ukrayna müharibəsinə qoşulacaq – Filippo

Bu andan AB Ukrayna müharibəsinə qoşulacaq – Filippo

Ukraynanın üzv olacağı təqdirdə Avropa Birliyi hərbi əməliyyatların iştirakçısına çevrilməli olacaq.

AzerTimes xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.

“Bu o deməkdir ki, müharibə edən ölkə Lissabon müqaviləsinə uyğun olaraq hərbi əməliyyatlara qoşulmalı olan AB-nin bir hissəsi olacaq”, – Filippo bildirib.

Onun sözlərinə görə, Ukraynanın AB-yə üzv olması bazarda haqsız rəqabət səbəbindən fransız fermerlərin məhv edilməsinə və qeyri-qanuni miqrasiya üçün daha bir qapının yaranmasına gətirib çıxaracaq.

“Qoy Ukrayna daxil olsun, biz isə AB-dən çıxaq. Özü də tezliklə”, – Filippo fransızlara çağırış edib.

Teqlər: