Bu addım Rusiyanın xoşuna gəlməyəcək – İsveç

Bu addım Rusiyanın xoşuna gəlməyəcək – İsveç

İsveçin NATO-ya qoşulması Rusiyanın xoşuna gəlməyəcək.

AzerTimes xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson deyib.

“Rusiyaya gəldikdə isə, deyə bilərik ki, İsveçin NATO-ya üzv olması onların xoşuna gəlməyəcək. Finlandiyanın NATO-ya üzv olması da onların xoşuna gəlmirdi”, – baş nazir bildirib.

Onun sözlərinə görə, Rusiyanın NATO-nun genişlənməsini məhdudlaşdırmaq ambisiyaları əks nəticə verdi:

“İsveç 200 illik bitərəfliyi və bloklara qoşulmamağı geridə qoyur. Bu, böyük addımdır və ciddi qəbul edilməlidir. NATO-ya üzvlük o deməkdir ki, biz indi daha çox demokratiyaya qayıdırıq”.

Teqlər: