Rusiyanın Qərbdəki aktivlərinin dondurulması oğurluqdur və cəzasız qalmayacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə deyib.
“Qərb ölkələri hazırda Rusiyanın aktivlərini və valyuta ehtiyatlarını dondurub. İndi onları birdəfəlik mənimsəmək üçün hansısa hüquqi bazanı necə təmin etməyi düşünürlər. Bütün iyrəncliyə baxmayaraq, bu oğurluqdur, şübhəsiz ki, oğurluq olaraq qəbul ediləcək. Digər tərəfdən, bu, cəzasız qalmayacaq”, – o bildirib.