“Northrop Grumman” Ukraynada orta kalibrli sursat istehsal edən ilk ABŞ hərbi sənaye konserni olacaq.
AzerTimes xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Deyv Bartell məlumat yayıb.
Onun sözlərinə görə, şirkət Ukraynada orta kalibrli döyüş sursatlarının istehsalı üzrə layihə hazırlayır:
“İnnovativ prosesləri həyata keçirə bilsək, bu layihəni tank sursatları, 155 mm və digər mərmilərin istehsalı hesabına genişləndirməyi planlaşdırırıq”.