İranın digər ölkələrə silah verməsi ilə bağlı ABŞ-ın iddiaları yalan və təbliğatdır.
AzerTimes xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“İranın müəyyən ölkələrə silah göndərməsi ilə bağlı yalan və çaşdırıcı xəbərlərin yayılması sadəcə olaraq iyrənc təbliğatdır və ABŞ və bəzi digər Qərb ölkələrinin Qəzzada İsrailin fələstinlilərə qarşı davam edən soyqırımına göstərdiyi qeyri-qanuni hərbi dəstəyin miqyasını gizlətmək üçündür”, – deyə Kənani bildirib.