ABŞ-ın Şimali Koreya ilə qarşıdurma siyasətinin perspektivi yoxdur, KXDR-yə toxunmaq cəhdi Vaşinqtona baha başa gələcək.
AzerTimes xəbər verir ki, bunu KXDR liderinin bacısı Kim Yo Conq deyib.
“ABŞ ehtiyatsız qarşıdurmadan və təxribatdan əl çəkənə qədər vəziyyət getdikcə ABŞ üçün əlverişsiz olan istiqamətdə inkişaf edəcək. ABŞ-ı xoşagəlməz şeylər gözləyir. KXDR ABŞ-ı düşmənçilik siyasətindən əl çəkənə qədər çəkindirməyə davam edəcək”, – Kim Yo Conq bildirib.