Ukrayna-AB sammitindən sonra Avropa rəsmilərinin bəyanatları AB-nin prinsiplərinin üstündən xətt çəkir.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bir gün əvvəl keçirilən sammit bir daha təsdiqlədi ki, Rusiyanı zəiflətmək, ABŞ və NATO-nun istəklərinə xidmət etmək naminə AB Kiyevdəki neonasist rejimini ehtiyatsızcasına dəstəkləməkdə davam edir:
“Bu, AB-nin vaxtilə qurulduğu prinsipləri tamamilə kənara qoyur. Ölkələrin silah tədarükünə sərmayə qoyduğu və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün təlim proqramlarını genişləndirdiyi bir şəraitdə AB-nin sülh çağırışları ikiüzlülükdür”.