Kommunikasiyaların açılması üç dövlət liderinin imzaladığı 9 (10) noyabr tarixli birgə bəyanatı çərçivəsində mümkündür.
AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışarkən deyib.
Rusiya rəsmisi bildirib ki, Moskva hər zaman bu prosesə qoşulmağa, Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq, burada kömək etməyə hazırdır.