Almaniya bölgə ölkələrinin Avropa Birliyinə üzv olması üçün səy göstərir.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Şimali Makedoniyada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Balkan ölkələri strateji əhəmiyyətə sahibdir:
“Bölgə ölkələrinə 20 ildir “Avropa perspektivi” vəd edilir. Artıq hərəkətə keçməyin vaxtı gəlib. Almaniya region ölkələrinin Avropaya inteqrasiyasına ciddi yanaşır və bu xüsusilə Şimali Makedoniyaya aiddir”.