Bu 2 ölkə arasında atəşkəs qüvvəyə mindi: 72 saat…

Bu 2 ölkə arasında atəşkəs qüvvəyə mindi: 72 saat…

Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölkə sərhədində atəşkəs rejiminin bərpasına dair birgə sənəd imzalayıblar.

AzerTimes xəbər verir ki, bu barədə “Thai PBS” dövlət telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Tailandın müdafiə naziri Natthaphon Nakphanit və Kambocanın müdafiə naziri Tea Seyxa dekabrın 27-dən etibarən atəşkəsin bərpası ilə bağlı birgə sənədi imzalayıblar.

İlkin atəşkəsin 72 saat davam edəcəyi gözlənilir.

Atəşkəsin uzadılmasına dair sonrakı razılaşma Taylandın Milli Təhlükəsizlik Şurasının təsdiqinə tabedir.

Xatırladaq ki, iki ölkə arasında toqquşmalar dekabrın 8-də yenidən başlayıb. Dekabrın 24-də isə tərəflər atəşkəsin bərpası üçün danışıqlara başlayıb.

Teqlər: