BTS qrupunun üç üzvü koronavirusa yoluxub

Cənubi Koreyanın BTS qrupunun üç üzvü koronavirusa yoluxub.

AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə qrupun idarə şirkəti “Big Hit Music”dən bildiriblər.

Şirkətin məlumatına əsasən, qrupun üzvlərində koronavirus ABŞ-dakı konsertlərdən sonra ölkəyə qayıtdıqlarında aşkarlanıb.

Bildirilir ki, koronavirus repçi RM, vokalçı Kim Sokçin, həmçinin mahnıların müəllifi və repçi Syuqidə qeydə alınıb.

Qeyd edilir ki, hər üç musiqiçi yayda koronavirusa qarşı peyvənd olunub.