Xəbər - Elçin Mehdiyev – Trend:
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin qlobal əhəmiyyəti getdikcə artmaqdadır.
AzerTimes-ın məlumatına görə, bunu cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nəqliyyat və Rabitə Şurasının iclasında deyib.
R.T.Ərdoğan qeyd edib ki, nəqliyyat və rabitə sahəsində ciddi işlər görülür və müsbətə doğru xeyli dəyişikliklər baş verir.
Türkiyə Prezidenti bildirib ki, BTQ-nin qlobal ticarət sahəsində alternativ xətt olaraq önəmi daha da güclənir:
“BTQ dəmir yolu xəttinin sayəsində Qərbi Avropadan uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər fasiləsiz qatar səfərinin həyata keçməsi reallığa çevrilib. Əlimizdəki resurslardan istifadə edərək bu imkanları daha da genişləndiririk. Biz bu layihələrdən hər kəsin faydalanmasını istəyirik”.