Xəbər - Sədrəddin Ağcayev – Trend:
Hazırda Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol maşrutu üzrə yükdaşımaları tarifinin unifikasiyası üzrə işlər aparılır.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) nəqliyyat üzrə 4-cü nazirlər konfransında deyib.
“Azərbaycan BTQ-nin strateji layihəsinin yoladüşmə nöqtəsidir. Bu marşrutu daha rentabelli və kommersiya baxımından səmərəli etmək üçün biz tariflərin unifikasiyası üzərində işləyirik”, – deyə nazir bildirib.
O vurğulayıb ki, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin təşəbbüsçüsü və fəal iştirakçısıdır.
“Bu dəhlizlərin inkişafı milli nəqliyyat sistemlərinin birləşməsinə və müvafiq infrastrukturun yaradılmasına yol açır. Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr vasitəsilə regionda infrastrukturun möhkəmlənməsinə töhfə veririk. Bu liman Xəzərdə ən böyük limandır və ildə 25 milyon tonadək yük aşırmaq gücündədir. Bundan başqa, liman ərazisində yaradılmış azad ticarət zonası regionun logistika və nəqliyyat qovşağı qismində rəqabətqabiliyyətliliyini artırır”, – nazir deyib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)