BTC ilə Türkiyəyə neft nəqli azalıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyəyə 200,149 milyon barel xam neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

2021-ci ilin dekabrında BTC ilə Türkiyəyə 17,514 milyon barel xam neft nəql edilib. Bu, ötən ilin dekabrı ilə müqayisədə 6,1 faiz çoxdur.

Ötən ilin yanvar-dekabr ayları arasında Türkiyəyə BTC ilə ən yüksək neft nəqli yanvar ayında (18,967 milyon barel), ən az nəql fevral ayında (14,537 milyon barel) qeydə alınıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: