BTC ilə Türkiyəyə neft nəqli 8 faizdən çox azalıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin avqustunda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyəyə 16,614 milyon barel xam neft nəql edilib.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

Qeyd edək ki, 2020-ci ilin avqustunda bu göstərici 17,575 milyon barelə bərabər olmuşdu. Ötən ilin avqustu ilə müqayisədə 5,4 faiz azalma qeydə alınıb.

2021-ci ilin yanvar-iyul aylarında BTC vasitəsilə Türkiyəyə 132,052 milyon barel xam neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azdır.

Xatırladaq ki, 2020-ci ildə BTC vasitəsilə ümumilikdə 208,064 milyon barel xam neft nəql edilmişdi.

Ötən ilin yanvar-dekabr ayları arasında Türkiyəyə BTC ilə ən yüksək neft nəqli aprel ayında (20,133 milyon barel), ən az nəql noyabr ayında (15,593 milyon barel) qeydə alınıb.

Türkiyə BTC vasitəsilə yanvarda 19,885 milyon barel, fevralda 18,162 milyon barel, martda 19,609 milyon barel, apreldə 20,133 milyon barel, mayda 16,954 milyon barel, iyunda 16,333 milyon barel, iyulda 15,874 milyon barel, avqustda 17,575 milyon barel, sentyabrda 15,617 milyon barel, oktyabrda 15,823 milyon barel, noyabrda 15,593 milyon barel, dekabrda 16,506 milyon barel neft idxal edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: