BTC ilə Türkiyəyə neft nəqli 6 faizdən çox azalıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyəyə 164,958 milyon barel xam neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz azdır.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

Qeyd edək ki, 2020-ci ilin avqustunda bu göstərici 17,575 milyon barelə bərabər olmuşdu. Ötən ilin avqustu ilə müqayisədə 5,4 faiz azalma qeydə alınıb.

2021-ci ilin oktyabrında BTC ilə Türkiyəyə 16,759 milyon barel xam neft nəql edilib. Bu, ötən iln oktyabrı ilə müqayisədə 5,9 faiz çoxdur.

Xatırladaq ki, 2020-ci ildə BTC vasitəsilə ümumilikdə 208,064 milyon barel xam neft nəql edilmişdi.


Ötən ilin yanvar-dekabr ayları arasında Türkiyəyə BTC ilə ən yüksək neft nəqli aprel ayında (20,133 milyon barel), ən az nəql noyabr ayında (15,593 milyon barel) qeydə alınıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: