BTC ilə ötən il nəql edilən neftin həcmi açıqlanıb

Xəbər - Fidan Babayeva, Orxan Nəbiyev – Trend:

2020-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 27,48 milyon ton neft nəql olunub ki, bu da 2019-cu illə müqayisədə 11,7 faiz azdır.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Ötən il magistral neft kəmərləri ilə nəql edilən neftin 79,1 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, 2020-ci ildə magistral neft kəmərləri ilə 38,86 milyon ton neft nəql edilib.

Ötən il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 3,9 milyon ton tranzit nefti nəql edilib ki, bu da 2019-cu illə müqayisədə 11,3 faiz azdır.

Teqlər: