BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

Xəbər - Fidan Babayeva – Trend:

2021-ci ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 6,87 milyon ton neft nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azdır.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 76,8 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 8,9 milyon ton neft nəql edilib.


Yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 858,3 min ton tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22 faiz azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: