BSU-ya yeni prorektor təyin olundu

BSU-ya yeni prorektor təyin olundu

Bakı Slavyan Universitetinə (BSU) yeni prorektor təyin olunub.

AzerTimes xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nailə Xəndan BSU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunub.

Rektor Anar Nağıyev bu gün yeni prorektoru kollektivə təqdim edib.

Qeyd edək ki, Nailə Azad qızı Xəndan 1981-ci ildən Bakı Slavyan Universitetində çalışır. Müxtəlif illərdə müəllim, baş müəllim, dosent, Pedaqoji fakültənin dekan müavini, BSU-nun nəzdində Dissertasiya Şurasında fəaliyyət göstərən seminarın sədri və elmi katibi, universitetin tərbiyə işləri üzrə prorektoru, Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi şöbəsinin müdiri, Tərcümə problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini və dekan əvəzi vəzifələrində işləyib.

17 fevral 2022-ci il tarixindən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışıb.

Teqlər: