BSU-da Ulu öndər Heydər Əliyevə həsr olunan beynəlxalq simpoziumun bağlanış mərasimi olub (FOTO)

Mayın 8-də Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan
Dillər Universitetinin Germanistika İnstitutlarının birgə
təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının
99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa
və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı
beynəlxalq simpoziumun bağlanış mərasimi keçirilib.

BSU-dan Trend bildirilib ki, tədbirdə çıxış edən Bakı Slavyan
Universitetinin Elmi İşlər üzrə prorektoru Rafiq Novruzov
bölmələrdə müxtəlif istiqamətlər üzrə geniş və maraqlı müzakirələr
aparıldığını vurğulayıb.

Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları
dinlənilib.

Tədbirdı nümayiş olunacaq “Qisas almadan ölmə” filminin
rejissoru Oqtay Mirqasımov Azərbaycan və Almaniya əlaqələrinin
tarixi bağlarından, konfrans filmin ərsəyə gəlməsindən söz
açıb.

Bağlanış mərasimindən sonra simpozium iştirakçıları Oqtay
Mirqasımovun “Qisas almadan ölmə” filmini izləyiblər.

3 gün davam edən simpoziuma, ümumilikdə, 65-ə yaxın məqalə qəbul
olunub.

Teqlər: