Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı
sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AzerTimes-a
bildirib ki, paytaxt ərasizində hava şəraitinin yağıntılı keçməsi
sürücülərin nəqliyyat vasitələrinin meteoroloji şəraitə uyğun
idarəetməsi üçün əsas yaradır:
“Hər bir sürücüdən xahiş edirik ki, ara məsafəsini düzgün
saxlasınlar, sürət həddini nəzərdə tutulandan aşağı endirsinlər,
görmə məhdudiyyətini nəzərə alaraq, nəqliyyat vasitələrinin
silgəclərinə diqqət yetirmək lazımdır.
Ümumilikdə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət
edilməlidir. Yoldan keçən piyadalara diqqət artırılmalıdır.
Həmçinin piyadalardan da xahiş olunur ki, sürücülərin görmə
məhdudiyyətini nəzərə alıb, yolun hərəkət hissəsinə daxil olarakən
diqqətli olsunlar. Onlara yaxınlaşan nəqliyyat vasitəsinin
sürücüsünü gördüyünə əmin olduqdan sonra yolu keçsinlər. Hər bir
hərəkət iştirakçısının hava şəraitini nəzərə almasını xahiş
edirik”.