Həkimlər məşhur Hollivud ulduzu, amerikalı aktyor, prodüser və musiqiçi Bryus Uillisə demensiya diaqnozu qoyublar.
AzerTimes xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat verib.
“2022-ci ilin yazında Bryusda afaziya elan etdiyimizdən bəri onun vəziyyətində irəliləyiş oldu və indi bizdə daha dəqiq diaqnoz – frontotemporal demensiya var”, – deyə bildirilib.
Xəstəliyə görə Uillisin ünsiyyət problemi yaşadığı qeyd edilir.
Qeyd edək ki, Bryus Uillis xəstəliyi səbəbindən ötən ilin martında karyerasını bitirib.