Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Bryansk vilayəti ərazisində Ukraynaya məxsus PUA-nı vurub.
AzerTimes xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz Teleqram kanalında yazıb.
O bildirib ki, xəsarət alan olmayıb:
“Kiyev rejiminin Bryansk vilayəti ərazisində PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən təyyarə tipli PUA aşkar edilərək məhv edilib”.